Cart
Custom content

This is custom content

DEVs Sharab

    “DЭV`s” şərab evi rəsmi olaraq, 20 fevral 2017-ci ildə yaradılıb və çaxır bazarının keyfiyyətli, tələb olunan və eksklüziv məhsul nümunələri ilə təmin edilməsi üçün butulkalarda üzüm şərablarının təchizatını təklif edir.

    Bizim çaxırlar bazarda geniş təqdim olunmayıb, çünki orqanik butik məhsuludur və bu gün Mədrəsə və Rkatsiteli adlı qırmızı və ağ şərabların məhdud sırası ilə təqdim olunub.

   Qırmızı Mədrəsə şərabı Azərbaycanın yerlı növü olan eyniadlı “Mədrəsə” üzümündən hazırlanır. Şərab yaqut çalarları ilə zəngindir. Tər çiyələk, habelə gilas və albalının birgə ətri bu şərabın səciyyəvi ətirli nüanslarını tamamlayır.

   Rkatsiteli – ağ quru şərabdır. Eyniadlı üzüm növündən hazırlanır. Açıq-qızılı və qızılı rəngə malikdir. Bal çalarları ilə çiçək-ədviyyə ətirli, dolğun, ahəngdar, ağızda qalan pikant “acılıq dadı ilə fərqlənir.

   Bu il “DЭV`s” “Merlot” və “Bayanşirə” üzün sortlarından şərab istehsalına başlamışdır.

   “Merlot” çoxları tərəfindən tanınır və sevilir, bu üzüm növünün vətəni Bordodur. “Bayanşirə” isə avtoxton sortdur, yəni Azərbaycan onun tarixi vətənidir. Bu iki növdən olan şərablar “DЭV`s” şərab həvəskarlarının Yenin il süfrəsinə hazır olacaq.

   “DЭV`s” şərab evi artıq Bakının bir sıra restoranları ilə uğurla əməkdaşlıq edir və istehlakçıların verdiyi yüksək qiymət bazarda orqanik məhsullara marağın artması ilə əlaqədar olaraq, bizim məhsullara davamlı tələbatın formalaşması ehtimalını proqnozlaşdırmağa imkan verir.

   Çaxır Rusiya istehsalı olan 750 ml-lik şüşə butulkalarda hazırlanır, butulkaların ağzı Fransada istehsal olunan qabıq tıxaclarla bağlanır.

   Bir butulka orqanik şərabın qiyməti 25 manatdır.

Vüqar Ələkbərov

Bu veb saytımızda ən yaxşı təcrübə əldə etməyinizi təmin etmək üçün kukilərdən istifadə edir